Rusiyanın Xarkova hücumu nəticəsində yaralanan “Anadolu”nun gürcü jurnalisti Davit Kaçkaçişvili özünü yaxşı hiss edir və hazırda təhlükəsiz yerdədir
Rusiyanın Xarkova raket hücumu nəticəsində xəsarət alan Gürcüstan vətəndaşı Türkiyənin “Anadolu” xəbər agentliyinin jurnalisti Davit Kaçkaçişvilidir.
Kaçkaçişvilinin Gürcüstanın Birinci Kanalına açıqladığı üzrə, hotel otağında olarkən binaya iki raket düşüb. O bildirib ki, hadisə nəticəsində şəxsən o, kiçik xəsarət alıb.
Hücum nəticəsində həmçinin “Anadolu”nun fotomüxbiri Özge Elif Kızıl da yaralanıb.
Davit Kaçkaçişvili, hazırkı mərhələdə təhlükəsiz yerə aparıldıqlarını deyib.
Rus qüvvələri gecə saatlarında Xarkovdakı hotel kompleksinə raket zərbəsi endiribllər. Son məlumatlara görə, 13 nəfər xəsarət alıb.