Rusiya Xarici İşlər Nazirliyi - Daha yaxşı olar ki, Gürcüstan Abxaziya ilə dialoqa başlasın və Cənubi Osetiya ilə işğal haqqında qanunu ləğv etsin
Rusiya Xarici İşlər Nazirliyi martın 27-28-də keçirilən Cenevrə danışıqlarının növbəti raundu haqqında bəyanat yayır.
Bəyanatda deyilir ki, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin danışıqlar prosesində tərəqqiyə nail olmaq istədiyi barədə, ümid verici bəyanatına baxmayaraq, Tbilisi nümayəndələri görüşü propaqandist aksiyasına çevirdilər.
Bununla yanaşı, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Gürcüstanın Suxumi və Sxinvali ilə münasibətlərin tənzimlənməsi üçün qabiliyyəti yoxdur və bacarıqsızlığını Rusiyanın üzərinə atmağa çalışır.
Bəyanatda Arçil Tatunaşvili haqqında da söz edilir.
Onların dediyinə görə, Tbilisi nümayəndələri Arçil Tatunaşvilinin ölümündə sadəcə Cənubi Osetiyayı deyil, Rusiyayı da suçladılar.
Bəyanatda deyilir ki, “Gürcüstan Abxaziya ilə Sxinvalinin etibarını qazanmalıdır və Cənubi Osetiyanın işğalı haqqında qanunu ləğv etməlidir”.
Bəyanatda həmçinin qeyd olunur ki, Rusiya, Cənubi Osetiya və Abxaziya nümayəndə heyyətləri Gürcüstanın NATO ilə hərbi əməkdaşlıq və BMT tərəfindən hazırlanan rezolyusiyaya görə şokdadırlar.