Rusiyanın Xarici İşlər Nazirliyi - Britaniya Rusiya vətəndaşlarının təhlükəsizliyini təmin edə bilmir, Berezovski və Patarkatsişvili də bunun bariz nümunələridir
Rusiya Xarici İşlər Nazirliyi bəyan edir ki, Britaniya iqtidarı öz ərazisindəki Rusiya vətəndaşlarının təhlükəsizliklərini qoruya bilmir, Berezovski və Patarkatsişvili də bunun bariz nümunələridir.
Rusiyanın Xarici İşlər Nazirliyi bu barədə bəyanatı öz rəsmi veb-səhifəsində yayır.
“Britaniya iqtidarı onun ərazisindəki Rusiya vətəndaşlarının təhlükəsizliyini qorumaq qabiliyyətsizliyini tez-tez göstərir. Rusiya Federal Təhlüksizlik Xidmətinin sabiq əməkdaşı Litvinenkonun zəhərlənməsi, rus biznesmeni Berezovskinin qeyri-müəyyən mühitdə ölməsi və eyni şəkildə gürcü biznesmeni Badri Patarkatsişvilinin ölməsi, Perelçikin və Qluşkonun ölümləri və son olaraq, Skripalin zəhərlənməsi bunun bariz nümünəsidir” – deyilir bəyanatda.
Rusiyanın Xarici İdarəsində hesab edirlər ki, London, hərhansı dəlil olmadan Rusiyayı cinayətlə ittiham edərək, bütün beynəlxalq normaları və etikayı pozdu.
Böyük Britaniya sabiq rus kəşfiyyat agenti Sergey Skripalın və onun qızının zəhərlənməsində Rusiya iqtidarını ittiham etdi.