Rusiyanın İzmail şəhərinə hücumu nəticəsində 3 nəfər həlak olub
Rusiyanın Odessa vilayətinin İzmail şəhərinə hücumu nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.
Ukrayna mətbuatının məlumatına görə, yaralananlar arasında 3 uşaq da var.
Hücum nəticəsində çoxmərtəbəli evlərə, müxtəlif tikililərə və nəqliyyat vasitələrinə ziyan dəyib.
Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, hücum nəticəsində müxtəlif yerlərdə yanğınlar başlayıb. Hazırda yanğın söndürülür.
Bundan başqa, Rusiyanın Xerson vilayətinə hücum nəticəsində ikisi uşaq olmaqla beş nəfər yaralanıb.
İnfrastruktur, təhsil müəssisəsi və üç çoxmərtəbəli yaşayış binasına ziyan dəyib.