Rusiyanın işğalçı qüvvələri Donetsk vilayətində Jelanoe və Orlovka yaşayış məntəqələrini zəbt edib
Rusiyanın işğalçı qüvvələri Donetsk vilayətində Jelanoe və Orlovka yaşayış məntəqələrini zəbt edib

 
Rusiyanın işğalçı qüvvələri Donetsk vilayətində Jelanoe və Orlovka yaşayış məntəqələrini zəbt edib. “Deep State” müşahidəçi layihəsinin göstəricilərinə əsasən, rus hərbçilər Nyu-York, Nikolaevki, Juravki və Krasnoqorovki istiqamətində irəliləyiblər.

Yayılmış məlumata əsasən, Rusiyanın işğalçı ordusunun əsas səyi Pokrovski istiqamətində cəmləşib.

“Müharibə Tədqiqatı İnstitutu”nun göstəricilərinə əsasən, Rusiya ordusu Pokrovksi yaxınlığında kiçik irəliləyiş əldə edib. Ukraynanın Silahlı Qüvvələrinin Baş Qərargahı, cəbhə xəttində 153 toqquşmanın baş verdiyini xəbər verir.