Rusiyanın işğalı altında olan Sevastopolda Ukraynanın raket hücumu nəticəsində ölənlərin sayı 5-ə çatıb
Rusiyanın işğalı altında olan Sevastopolda Ukraynanın raket hücumu nəticəsində ölənlərin sayı 5-ə çatıb

Rusiyanın işğal etdiyi Sevastopolda Ukraynanın raket hücumu nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. Krımın işğalçı rejiminin nümayəndələrinin sözlərinə görə, ölənlər arasında 3 uşaq da var. Geniş yayılmış məlumatlara görə, beş uşaq reanimasiyadadır, yaralıların qalan hissəsi yüngül və orta dərəcəli bədən xəsarətləri alıb.

Sevastopolun raket hücumu nəticəsində 27-si uşaq olmaqla 124 nəfər yaralanıb. Hadisə yerinə 20-dən çox təcili yardım briqadası səfərbər olunub. Sevastopolun işğalçı hakimiyyəti 24 iyunu matəm günü elan edib.

Rusiya Müdafiə Nazirliyinin bəyanatına görə, ABŞ Ukrayna hakimiyyəti ilə birlikdə Ukrayna Silahlı Qüvvələrinin Sevastopola qəsdən raket zərbəsi endirməsinə görə məsuliyyət daşıyır.

Mövcud məlumata görə, Sevastopol “Atakams” operativ-taktiki raketləri ilə bombalanıb.