Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın Qara ölüm xəstəliyindən dünyasını dəyişib

15:51, 04.10.2026

Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın Qara ölüm xəstəliyindən dünyasını dəyişib. Xəstənin dünyasını dəyişdiyi xəstəxana karantinə alınıb. Tibb müəssisəsi yeni pasiyentlər qəbul etməyi və mövcud pasiyentləri evə buraxmağı dayandırıb.

Regional medianın məlumatına görə, dünyasını dəyişən şəxsin sentyabrın 25-də Qara ölüm patogeni olan sınaq borusunun zədələndiyi laboratoriyada işlədiyi ehtimal edilir. Lakin rəsmi qurumlar bu versiyanı təsdiqləmir.

Yoluxmuş şəxslə təmasda olan təxminən 200 nəfər isə müşahidə altındadır. Onlardan 189-u üç fərqli tibb müəssisəsinə köçürülüb.

Vilayət qubernatorunun bildirdiyinə əsasən, bu mərhələdə izolyasiyada olan şəxslərin laboratoriya müayinələrinin nəticələri mənfidir və onlarda xəstəlik əlamətləri müşahidə olunmur.

Ümumdünya Səhiyyə Təşkilatının göstəricilərinə görə, Rusiyada sonuncu Qara ölüm hadisəsi 2016-cı ildə qeydə alınıb.

Oxşar