Rusiyanın İqtisadi İnkişaf naziri bildirib ki, müəyyən məhsulların Rusiyaya tədarükünə məhdudiyyətlərin tətbiqi Rusiya bazarına deyil, Ermənistan üçün problemlər yarada bilər
Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Reşetnikov bildirib ki, Rusiyaya müəyyən məhsulların tədarükünə məhdudiyyətlərin tətbiqi Rusiya bazarına deyil, Ermənistan üçün problemlər yarada bilər.
“Ermənistana, bəli. Rusiya bazarı üçün bu, həcmlərdir ki, biz onları digər bazarlardan və yerli istehsal hesabına asanlıqla əvəz edə bilərik. Burada kritik bir məsələ yoxdur”, – deyə nazir Rusiyanın müvafiq məhdudiyyətlərinin tətbiqi ilə bağlı danışarkən qeyd edib.
Bundan əvvəl Rosselxoznadzor Ermənistandan Rusiyaya pomidor, xiyar, bibər, yaşıl tərəvəz və çiyələyin idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edildiyini açıqlamışdı. Bu məhdudiyyətlərin 2026-cı il 30 may tarixindən qüvvəyə minəcəyi bildirilib.