Rusiyanın qüvvələri Ukraynanın Dnepr şəhərinə hava hücumu həyata keçirib
Rusiyanın qüvvələri Ukraynanın Dnepr şəhərinə hava hücumu həyata keçirib

 
Səhər saatlarında Rusiyanın qüvvələri Ukraynanın Dnepr şəhərinə hava hücumu həyata keçirib. Ukrayna mediasının verdiyi məlumatda, bu haqda Dnepropetrovsk regional hərbi administrasiyasının rəhbəri Serqey Lisakın sosial şəbəkədə məlumat yaydığı deyilir.

O, hücum nəticəsində uşaqlar da daxil olmaqla 6 nəfərin yaralandığını bildirib.

“Dneprdə ağır səhərdir. Düşmən şəhərə hücum etdi. Hava hücumundan müdafiə qüvvələri iki raketi vurub. Raket qalıqlarının düşməsi nəticəsində mülki infrastruktur zərər görüb, yanğın baş verib və uşaqlar da daxil olmaqla yerli sakinlər yaralanıb”- Lisak yazır.