Rusiyanın Fövqəladə Hallar Nazirliyində bildirirlər ki, Kursk vilayətinin doqquz sərhəd rayonundan 121 mindən çox insan təxliyə edilib
Rusiyanın Fövqəladə Hallar Nazirliyində bildirirlər ki, Kursk vilayətinin doqquz sərhəd rayonundan 121 mindən çox insan təxliyə edilib

Kursk vilayətinin doqquz sərhəd rayonundan 121 mindən çox insan təxliyə edilib, onlardan 650-dən çoxu son 24 saat ərzində təhlükəli zonaları tərk edib,- bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin informasiya siyasəti departamentinin direktor müavini Artyom Şarov bildirib.

“Taxliyə başlayandan 9 sərhəd bölgəsindən 121 mindən çox insan təhlükəsiz ərazilərə köçürülüb. Son 24 saat ərzində 650-dən çox insan ərazini müstəqil şəkildə tərk edib”, – Şarov qeyd edib.

Onun dediyinə görə, əhalinin təhlükəsiz ərazilərə köçürülməsi bu vaxtadək davam edir.