Rusiyanın Fövqəladə Hallar Nazirliyi - son 24 saat ərzində Kursk vilayətindən 300-dən çox insan təhlükəsiz ərazilərə köçürülüb
Rusiyanın Fövqəladə Hallar Nazirliyi - son 24 saat ərzində Kursk vilayətindən 300-dən çox insan təhlükəsiz ərazilərə köçürülüb

Son 24 saat ərzində Kursk vilayətindən 300-dən çox insan təhlükəsiz ərazilərə köçürülüb,- bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyində bildiriblər.

“Kursk vilayətinin sərhədyanı sakinlərinin əksəriyyəti müvəqqəti olaraq təhlükəsiz ərazilərə köçürülüb. Son 24 saat ərzində 300-dən çox insan köçürülüb”, – Rusiyanın Fövqəladə Hallar Nazirliyində bildiriblər.

Onların söylədiyinə görə, Kursk vilayətində yaşayan səkkiz mindən çox insan, o cümlədən 2,5 mindən çoxu uşaq hazırda müvəqqəti yaşayış məntəqələrindədirlər.