Rusiyanın Ermənistandakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə məsləhətləşmələr üçün çağırılıb
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopyrkin Rusiya Xarici İşlər Nazirliyinə məsləhətləşmələr üçün çağırılıb.
Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, bunun səbəbi Ermənistan hökumətinin Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində atdığı addımlardır.
“Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri S. P. Kopyrkin Ermənistan hakimiyyətinin Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində atdığı addımlarla bağlı Moskva şəhərinə məsləhətləşmələr üçün çağırılıb. Bu addımlar Avrasiya İqtisadi İttifaqı (EAEC) çərçivəsində əməkdaşlığa zərər vurur”, – deyə açıqlamada qeyd olunub.