Rusiyanın enerji şirkəti "Qazprom" Moldovaya qaz tədarük etməyə başlayıb
Rusiyanın enerji şirkəti “Qazprom” Moldovaya qaz tədarük etməyə başlayıb. Tərəflər müqavilənin müddətini 5 il uzatmaq barədə razılığa gəliblər. Bu barədə Deutsche Welle məlumat yayıb.
Onların sözlərinə görə, 2022-ci ildə Kişinyov “Moldovqaz” şirkətinin borcunun müstəqil auditini aparacaq və borcun məbləği müəyyən edildikdən sonra Moldova və Rusiya borcun ödənilməsi şərtlərini razılaşdıracaq.
Moldovada enerji böhranı ölkənin Rusiyanın enerji şirkəti “Qazprom”la yeni uzunmüddətli müqavilə üzrə razılığa gələ bilməməsindən sonra başlayıb. Moldovanın “Qazprom”la uzunmüddətli müqaviləsi sentyabrın 30-da başa çatıb, bundan sonra müqavilə bir ay uzadılıb. Enerji böhranı ilə əlaqədar hökumət oktyabrın 22-dən ölkədə fövqəladə vəziyyət elan edib.