Rusiyanın Donetsk bölgəsinə hücumu nəticəsində dörd nəfər həlak olub
Rusiyanın Donetsk bölgəsinə hücumu nəticəsində dörd nəfər həlak olub. Ukrayna mediası Donetsk vilayətinin hərbi administrasiyasının rəhbərinə istinadən məlumat yayır.
Slavyansk şəhər hərbi administrasiyasının rəhbəri Vadim Lyaxın sözlərinə görə, evli cütlük Rusiyaya məxsus FPV tipli dronla həyata keçirilən hücum nəticəsində həyatını itirib.
“Cütlük hücumdan sonra evlərinə nə baş verdiyini görmək üçün moped sürməyə gedirdilər”, – Vadim Lyax bildirib.
Xarkov vilayətində yerləşən bazara rusların hücumu nəticəsində 12 nəfər xəsarət alıb, onlardan biri 11 yaşlı yeniyetmədir. Məlumatı Xarkov vilayətinin hərbi administrasiyasının rəhbəri yayır.
Rəsmi şəxsin sözlərinə görə, xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Onlardan dördü 51–67 yaş arası qadın, beşi isə 48–73 yaş arası kişidir. Hadisə yerində təcili tibbi yardım xidmətləri çalışır.