Rusiyanın Baş Prokurorluğu “Freedom House”u arzuolunmaz təşkilatlar siyahısına salıb
Rusiyanın Baş Prokurorluğu “Freedom House”u arzuolunmaz təşkilatlar siyahısına salıb

 
Rusiyanın Baş Prokurorluğu “Freedom House”u arzuolunmaz təşkilatlar siyahısına salıb.

Rusiyanın qurumundan bildirirlər ki, qərargahı Vaşinqtonda yerləşən hüquq müdafiə qeyri-hökumət təşkilatı tez-tez Ukrayna ordusuna hərtərəfli yardım, dondurulmuş rus aktivlərinin Ukraynaya verilməsi və Rusiyaya qarşı hazırki sanksiya təzyiqini gücləndirmək çağırışı ilə çıxış edir.

Rusiyanın daxili işlərinə müdaxilənin üzərində işləyən parlament komissiyasının rəhbəri Vasili Piskarev martın əvvəlində Rusiya hökumətinin “Freedom House” təşkilatının arzuolunmaz təşkilatlar siyahısına salınması məsələsini öyrənəcəyini demişdi. Piskarev hüquq müdafiə təşkilatını “Rusiyada keçirilən seçkiləri nüfuzdan salmaqda” ittiham edib. Buna səbəb “Freedom House” tərəfindən dərc edilmiş və bu il Rusiyada keçirilən seçkiləri saxtalaşdırılmış adlandıran hesabatdır.