Rusiyada Volqoqrad vilayətində dron yanacaq daşıyan qatarı vurub
Rusiyada Volqoqrad vilayətində dron yanacaq daşıyan qatarı vurub

 
Rusiyada Volqoqrad vilayətində dron yanacaq daşıyan qatarı vurub. Nəticədə yük qatarı relsdən çıxıb. Bu haqda rus media vasitələri məlumat yayırlar.

Medianın verdiyi məlumatda, hadisə nəticəsində çənlərdən birinin partladığı və hadisə yerində yanğın başladığı deyilir. Əməliyyat xidmətləri səfərbər olunub. Hadisə gecə saat birdə baş verib. Bu vaxta olan məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.

Fövqəladə xidmətlərin verdiyi məlumatda, ümumilikdə 9 vaqonun relsdən çıxdığı deyilir. Hazırda yanğın lokallaşdırılıb.