Rusiyada Vladimer Putinlə Mahmud Abbasın görüşü keçirilib
Rusiyada Vladimer Putinlə Mahmud Abbasın görüşü keçirilib

 
Fələstin Administrasiyasının lideri Mahmud Abbas Rusiyanın Prezidenti Vladimer Putinlə görüşüb. Rus mediasının məlumatına əsasən, liderlər görüşdə Qəzzada mövcud vəziyyəti müzakirə ediblər.

“Hər kəsə yaxşı məlumdur ki, təəssüf ki, Rusiya bu gün öz maraqlarını bir kənara qoyub, əlində silahla öz xalqını qorumalıdır. Lakin, Yaxın Şərqdə baş verənlər, Fələstində baş verənlər təbii ki, bizim tərəfimizdən də diqqətdən kənarda qalmır” – Putin qeyd edib.

Rusiyanın Prezidenti bir daha ölkəsinin tamhüquqlu Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini bəyan edib. O, yalnız bunun Yaxın Şərqdə uzunmüddətli, etibarlı və sabit sülhü təmin edəcəyini deyib.

Fələstin Administrasiyasının lideri isə öz növbəsində Putinə ABŞ-ın təzyiqi ilə Birləşmiş Millətlər Təşkilatının Fələstin xalqının hüquqlarını təmin edən qətnaməni qəbul etmədiyini bildirib. Görüşdə Abbas Rusiyanı Fələstin xalqının ən əziz dostlarından biri adlandırıb.