Rusiyada, Taganrog şəhərinə dronlarla hücum edilib, yanacaq çəni və inzibati binada yanğın baş verib
Rusiyada, Taganrog şəhərinə dronlarla hücum edilib, yanacaq çəni və inzibati binada yanğın baş verib

Taganrog şəhərində dronlarla həyata keçirilən hücum nəticəsində tankerə, yanacaq çəninə və inzibati binaya yanğın düşüb. Bu barədə Rostov vilayətinin qubernatoru Yuri Slyusar bildirib.

Onun sözlərinə görə, yanğın operativ şəkildə söndürülüb və neft sızması qeydə alınmayıb.

Qubernatorun məlumatına əsasən, dronlardan biri fərdi yaşayış evinə də düşüb və nəticədə iki nəfər yaralanıb.

Yuri Slyusar əlavə edib ki, gecə ərzində Rostov vilayətində hava hücumundan müdafiə sistemləri təxminən 50 Ukrayna dronunu vurub.