Rusiyada son sutkada 40 443 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 32 807 nəfər sağalıb
Rusiyada son sutkada 40 443 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 32 807 nəfər sağalıb.
Eyni zamanda, son 24 saat ərzində ölkədə 1189 xəstə koronavirusdan dünyasını dəyişib ki, bu da pandemiyanın elanından bəri virusdan gündəlik ən yüksək ölüm göstəricisidir.
Rəsmi məlumat Rusiya hökumətinin xüsusi saytında dərc olunub.
Noyabrın 3-nə pandemiyanın başlandığı gündən ölkədə 8 milyon 633 mindən çox koronavirusa yoluxma faktı, o cümlədən sağalanların sayı 7 milyon 445 min nəfəri ötüb.
Rusiyada ümumilikdə 242 060 xəstə virusdan dünyasını dəyişib.