Rusiyada son 24 saat ərzində koronavirusdan 178 nəfər həlak oldu.
Eyni zamanda, covid-19 diaqnozu 8 536 nəfərdə təsdiqləndi.
Bu göstəricilər Rusiya iqtidarı tərəfindən hazırlanan xüsusi veb-səhifədə yayıldı.
Rəsmi statistikaya əsasən, ümumilikdə, Rusiyada yeni koronavirusun 432 277 halı qeydə alınıb.
195 957 pasiyent sağalıb.
5 215 nəfər isə, həlak olub.