Rusiyada Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəisini qətlə yetirən şəxsin həbs edildiyi açıqlanıb
Rusiya Federal Təhlükəsizlik Xidməti Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəisinin qətlini törədənin həbs edildiyini açıqlayıb.
Onların məlumatına görə, saxlanılan şəxs 29 yaşlı Özbəkistan vətəndaşıdır və o, Ukrayna xüsusi xidmət orqanlarına işə götürülüb.
Məlumat üçün bildirək ki, rus generalı İqor Kirilov dekabrın 17-də Moskvada partlayış nəticəsində həlak olub. Partlayıcı qurğu evin girişində dayanan skuterdə quraşdırılıb. Partlayış nəticəsində İqor Kirillovun köməkçisi də həlak olub.
Daha sonra Ukrayna Təhlükəsizlik Xidməti Moskvada rus generalının partladılmasının onların xüsusi əməliyyatının nəticəsi olduğunu açıqlayıb.