Rusiyada koronavirusdan dünyasını dəyişənlərin sayı 5 725 -dək  artıb
Rusiyada koronavirusdan dünyasını dəyişənlərin sayı 5 725 -dək  artıb

 

 Rusiyada son 24 saat  ərzində koronavirusdan 197 nəfər dünyasını dəyişib.Covid 19-a 8855 yeni yoluxma halı qeydə alınıb.

 Müvafiq məlumatlar Rusiya  hökuməti tərəfindən yaradılmış xüsusi veb səhifədə dərc olunub.

 Rəsmi statistikaya əsasən,ölkədə koronavirusa cəmdə 458 687 yoluxma halı qeydə alınıb.

 Dünyasını dəyişənlərin ümumi sayı 5 725-i təşkil edir.Virusa yoluxmuş 221 388 nəfər isə sağalıb.

 

 Hazırladı-Sevinc Mustafayeva