Rusiyada karantin tədbirləri mayın 11-nə qədər uzadıldı
Rusiyada karantin tədbirləri mayın 11-nə qədər uzadıldı

Rusiya prezidenti Vladimer Putin karantin qaydalarını mayın 11-nə qədər uzatdı.

Putinin bəyanatına görə, ölkə hələ koronavirus epidemiyasının pikini keçməyib, ancaq virusun yayılma tempini biraz azalda bildi.

Rusiya iqtidarı aprelin 28-də, bir günün göstəriciləri ilə, koronavirus ilə infeksiyaya yoluxmanın və ölüm faktlarının rekord dərəcə artması barədə bəyanat verdi.

Son bir gündə, Rusiyada koronavirusa yoluxanların sayı 6 411 oldu, 72 nəfər həlak oldu.

Rusiyada infeksiyaya yoluxmanın 93 000 halı qeydə alınıb.

Bu vaxta qədər 867 nəfər həyatını itirib.