Rusiyada gürcü üzdəniraq qanuni oğrusunu yaxaladılar
Rusiyada gürcü üzdəniraq qanuni oğrusunu yaxaladılar

Rusiyada, Samarada polis gürcü üzdəniraq qanuni oğrusunu, 61 yaşlı Vasil Moniavanı yaxaladı. Hüquqmühafizəçilər onu döyüş materiallarının qeyri qanuni əldə edilməsi və saxlanılmasına görə yaxaladılar.

Rus mediyasının məlumatına görə, Vasil Moniava sürücüsü il birlikdə nömrəsiz maşınla hərəkət edirdi. Moniavanın skamyasının altından əlqumbarası tapıldı.

Rus mediyasının yaydığı məlumata görə, “Vaso” ləqəbi ilə tanınan Vasil Moniava son dövrlər Altay diyarında yaşayıqdı. Onu narkotiki istifadəsinə görə bir neçə dəfə yaxalayıblar. 2009-cu ildə Qazaxıstan miqrasiya qanunvericiliyini pozduğuna görə yaxaladılar və Rusyaya qovdular