Rusiyada qeyri-strateji nüvə silahlarından istifadə etməklə hərbi təlimlərin birinci mərhələsi başlayıb
Rusiyada qeyri-strateji nüvə silahlarından istifadə etməklə hərbi təlimlərin birinci mərhələsi başlayıb

 
Rusiyanın Cənub Hərbi Dairəsində qeyri-strateji nüvə silahlarından istifadə etməklə hərbi təlimlərin birinci mərhələsi başlayıb.

Rusiya Federasiyasının Müdafiə Nazirliyindən dedikləri üzrə, Cənub dairəsinin raket bölmələrinin şəxsi heyəti “İsgəndər” taktiki raket sistemləri üçün xüsusi sursatın əldə edilməsi və raketdaşıyıcıların təchiz edilməsini, eləcə də onların buraxılış yerlərinə məxfi şəkildə daşınmasını icra edir. Müdafiə Nazirliyindən verilmiş məlumata əsasən, Aerokosmik Qüvvələrin aviasiya bölmələrinin əsgərləri “Kinjal” hipersəsli raketlərin yerləşdirilməsi üzrə təlim keçirlər.

Müdafiə Nazirliyindən verilən izahata görə, təlim şəxsi heyətin hazırlığını qoruyub saxlamaq məqsədinə xidmət edir.