Rusiyada qeyri-strateji nüvə qüvvələrinin təliminin ikinci mərhələsi başlayıb
Rusiyada qeyri-strateji nüvə qüvvələrinin təliminin ikinci mərhələsi başlayıb

 
Rusiyada qeyri-strateji nüvə qüvvələrinin təliminin ikinci mərhələsi başlayıb. Bu haqda rus mediası Müdafiə Nazirliyinə istinadən məlumat yayır.

Nazirliyin məlumatına əsasən, təlimin ikinci mərhələsində rus və Belaruslu hərbçilər qeyri-strateji nüvə silahının döyüş istifadəsi üzrə birgə hazırlıq məsələləri üzərində işləməlidirlər.

Rusiyanın Müdafiə Nazirliyi mayın 6-da təlim keçirilməsi haqda elan edib. Nazirlikdə həmin vaxt Vladimer Putinin sözügedən təlimin keçirilməsi haqqında fərmanı ayrı-ayrı Qərb rəsmilərinin Rusiyaya qarşı təxribat xarakterli bəyanatlarına və təhdidlərinə cavab olaraq imzaladığını bildirmişdilər. Təlimin birinci mərhələsi mayın 21-də başlayıb. Manevrlər zamanı “Iskander ” kompleksi” və “Kinzhal” hipersəs raketlərindən istifadə olunub.