Rusiyada dəmir yolu qəzası nəticəsində 3 nəfər həlak olub
Rusiyada dəmir yolu qəzası nəticəsində 3 nəfər həlak olub

 
Rusiyada dəmir yolu qəzası nəticəsində 3 nəfər həlak olub. Məlumatı rus mediası fövqəladə hallar xidmətlərinə istinadən yayır.

Hadisə Rusiyanın Komi Respublikasında baş verib. Vorkuta-Novorossiysk reysinin sərnişin qatarının 9 vaqonu relsdən çıxıb. Qatarda 195 sərnişin və 20 dəmiryol işçisi olub.

Hazırda 8 nəfər xəstəxanada qalır, onların arasında bir yeniyetmə reanimasiya şöbəsindədir.

Fövqəladə Hallar Xidmətindən verilən məlumatda, hadisə yerində axtarış-xilasetmə işlərinin başa çatdığı deyilir. Dəmir yolu qəzasının ehtimal olunan səbəbi olaraq güclü yağış nəticəsində relsin zədələnməsi göstərilir.