Rusiyada Belqorod vilayətində fövqəladə vəziyyət elan edilib
Rusiyada Belqorod vilayətində fövqəladə vəziyyət elan edilib

Rusiyada Belqorod vilayətində fövqəladə vəziyyət elan edilib. Bu barədə rayonun qubernatoru Vyaçislav Qladkov məlumat verib.

Onun sözlərinə görə, Belqorod vilayətində vəziyyət son dərəcə gərgindir.

“Ukrayna silahlı qüvvələri hər gün atəş açır, evlər dağılır, yaralananlar var, dinc sakinlər həlak olur”. – Qladkov bildiri .

Qladkov onu da qeyd edir ki, yaxın vaxtlarda o, Kurskda olduğu kimi Belqorodda da federal fövqəladə vəziyyət elan etmək üçün Rusiya hakimiyyətinə müraciət etmək niyyətindədir.

Məlumat üçün bildirək ki, Rusiya qanunvericiliyinə görə, zərər çəkmiş vətəndaşların sayı 500-ü, maddi ziyanın məbləği isə 500 milyon rubla çatdıqda oxşar rejimi elan etmək olar.