Rusiyada Aleksey Navalnının azad edilməsi tələbi ilə keçirilən aksiyalarda 1000-dən artıq insan həbs olundu
Rusiyada Aleksey Navalnının azad edilməsi tələbi ilə keçirilən aksiyalarda 1000-dən artıq insan həbs olundu.
Rus medyasının məlumatına görə, mitinqlərdə Rusiyanın çox sayda şəhərlərində keçirilir.
Sadəcə Moskvada Polis 200-ə qədər aktivisti həbs etdi.
Hüquqmühafizəçilər tərəfindən həbs olunanlar arasında Aleksey Navalnının həyat yoldaşı və müttəfiqi Yuliya Sobol da var.
Rus medyasının məlumatına görə, bir çox insan polis tərəfindən aksiyaya gedənə qədər həbs edildi.
Müxtəlif şəhərlərdə keçirilən etiraz aksiyalarının iştirakçıları Aleksey Navalnı və digər siyasi məhbusların azad edilməsini tələb edirlər.
Aleksey Navalnı müalicəsindən sonra Almaniyadan Rusiyaya yanvarın 17-də qayıtdı.
Müxalifətçiyi hava limanında həbs etdilər və hazırda o ilk həbs təcridxanasındadır.
Məsələ ilə bağlı məhkəmə prosesi fevralın əvvəlinə təyin edilib.