Rusiya Xarkov teleqülləsinə zərbə endirib, teleqüllənin yuxarı hissəsi uçub
Rusiya Xarkov teleqülləsinə zərbə endirib. Bu barədə Ukrayna mediası məlumat yayır. Sosial şəbəkələrdə teleqüllənin yuxarı hissəsinin dağıldığı görünən görüntülər yayılır.
Yerli hakimiyyət orqanlarının məlumatına əsasən, qüllənin işçiləri sığınacaqda olduqları üçün Rusiyanın zərbəsi nəticəsində xəsarət almayıblar.
Onların məlumatlarına əsasən, Xarkovda rəqəmsal televiziya siqnalı kəsilib.
Xarkov teleqülləsinin hündürlüyü 240 metr idi. 1981-ci ildə istifadəyə verilib.