Rusiya Xarici İşlər Nazirliyi Lavrov və Dmito Kulebanın Antalyada görüşəcəyini təsdiqləyib
Rusiya Xarici İşlər Nazirliyi Lavrov və Dmito Kulebanın Antalyada görüşəcəyini təsdiqləyib

Rusiya Xarici İşlər Nazirliyi Sergey Lavrov və Dmitrp Kulleba arasında Antalyada görüşün planlaşdırıldığını təsdiqləyir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Agentliyin mətbuat katibinin sözlərinə görə, Sergey Lavrov bu gün Türkiyənin Antalya şəhərində keçiriləcək beynəlxalq diplomatik foruma yola düşəcək və burada Ukraynanın xarici işlər naziri ilə danışıqlar aparacaq. İclas martın 10-na təyin edilib.

Qeyd edək ki, Rusiya və Ukrayna XİN rəhbərlərinin görüşünün təşəbbüskarı Türkiyədir.