Rusiya Xarici İşlər Nazirliyi - ABŞ Ukraynanın Rusiyaya hücum etmək üçün ABŞ-dan aldığı silahlardan istifadə etməməsi xəbərdarlığına məhəl qoymasa, ölümcül nəticələrlə üzləşə bilər
Rusiya Xarici İşlər Nazirliyi - ABŞ Ukraynanın Rusiyaya hücum etmək üçün ABŞ-dan aldığı silahlardan istifadə etməməsi xəbərdarlığına məhəl qoymasa, ölümcül nəticələrlə üzləşə bilər

Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, ABŞ Moskvanın Ukraynanın Rusiyaya hücum etmək üçün Vaşinqton tərəfindən ötürülən silahlardan istifadə etməməsi ilə bağlı xəbərdarlığına məhəl qoymasa, “ölümcül nəticələrlə” üzləşə bilər.

“Mən Amerika liderlərini ölümcül nəticələrə səbəb ola biləcək səhv hesablamalar barədə xəbərdar etmək istəyirəm. Naməlum səbəblərdən onlar ala biləcəkləri təpkinin ciddiliyini düzgün qiymətləndirə bilmirlər”, – Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov bildirib.

“Politico” yazır ki, ötən həftə Bayden administrasiyası gizli şəkildə Ukraynaya ABŞ-ın verdiyi silahların bir hissəsini Rusiya ərazisindəki hədəflərdə istifadə etməyə icazə verib. Sonradan bir neçə Avropa ölkəsi də belə icazələr verib.