Rusiya Voronej vilayətinin bir hissəsində fövqəladə vəziyyət elan edib
Rusiya Voronej vilayətinin bir hissəsində fövqəladə vəziyyət elan edib

Rusiya Voronej vilayətinin bir hissəsində fövqəladə vəziyyət elan edib. Bu barədə vilayətin qubernatoru Aleksandr Qusev məlumat verib.

Qusevin sözlərinə görə, qərar Ukraynadan buraxılan 5 PUA-nın bölgədə məhv edilməsindən sonra verilib.

Bölgə qubernatorunun sözlərinə görə, yanğın qəzaya uğrayan pilotsuz təyyarənin dağıntıları səbəbindən baş verib. Hadisə nəticəsində binalara ziyan dəyməyib, lakin təhlükəsizlik məqsədilə Ostroqojsk rayonunun üç yaşayış məntəqəsindən 200 nəfər təxliyə edilib.