Rusiya vətəndaşı Ukraynanın Tbilisidəki səfirliyinin qarşısında etiraz əlaməti olaraq pasportunu yandırıb
Rusiya vətəndaşı Ukraynanın Tbilisidəki səfirliyinin qarşısında etiraz əlaməti olaraq pasportunu yandırıb

 

Tbilisidə, Ukrayna səfirliyi qarşısında Ukraynaya dəstək aksiyası keçirilir.

Aksiyada müxtəlif ölkələrin, o cümlədən Rusiya, Belarus və Ukrayna vətəndaşları bir araya gəliblər.

Səfirlik binası qarşısına toplaşanlar bildirirlər ki, Rusiyanın başladığı müharibə dayandırılmalıdır.

Onların sözlərinə görə, Ukrayna hazırda böyük bəladadır və onun dəstəyə ehtiyacı var. Ukrayna səfirliyinin binası qarşısına toplaşanlar Ukrayna xalqını şüarlarla ürəkləndirirlər.

Bununla yanaşı, bir az bundan əvvəl səfirlik qarşısında Rusiya vətəndaşlarından biri müharibə istəmədiklərini bildirərək etiraz əlaməti olaraq pasportunu yandırıb.