Rusiya və Ukrayna hərbi əsirləri dəyişdirdi

15:15, 14.09.2024

Rusiya və Ukrayna hərbi əsirləri dəyişdirdi. Hər tərəf 103 hərbçini azad edib. “İtar-Tas” məlumatı Rusiya Müdafiə Nazirliyinə əsaslanaraq dərc edir.

Nazirliyin məlumatına görə, dəyişdirilən rus əsgərləri Rusiyanın Kursk vilayətində əsir götürülüb.

Ukrayna qüvvələri avqust ayında Kursk vilayətinin ərazisini işğal edib.

Rusiya mətbuatının yazdığına görə, Birləşmiş Ərəb Əmirlikləri əsirlərin mübadiləsi ilə bağlı danışıqlarda vasitəçi rolunu oynayıb.

Oxşar