Rusiya və Ukrayna hərbi əsirləri dəyişdirdi
Rusiya və Ukrayna hərbi əsirləri dəyişdirdi

Rusiya və Ukrayna 115-115 hərbi əsir dəyişdirdi. Əsirlərin mübadiləsi Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə baş tutub

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, dəyişdirilən rus hərbçiləri Kursk vilayətində əsir götürülüb. Onların sözlərinə görə, hazırda azad edilən bütün əsgərlər Belarusdadır.

Eyni zamanda Ukrayna prezidenti Vladimir Zelenski geri qaytarılan ukraynalı hərbi əsirləri əks etdirən fotonu dərc edib. Zelenskinin sözlərinə görə, geri qayıdanlar sərhədçilər, Milli Qvardiyanın, Hərbi Dəniz Qüvvələrinin və Silahlı Qüvvələrin əsgərləridir. Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi onların vasitəçiliyi ilə dəyişdirilən məhbusların ümumi sayının hazırda 1788 nəfər olduğunu qeyd edib.