Rusiya üzərindən Gürcüstan və Azərbaycan vasitəsilə Ermənistana dəmir yolu ilə 126 ton karbamid gübrəsi və 67 ton un göndərilib
Rusiya üzərindən Gürcüstan və Azərbaycan vasitəsilə Ermənistana dəmir yolu ilə 126 ton karbamid gübrəsi və 67 ton un göndərilib. Gübrə ilə yüklənmiş iki vaqon və bir vaqon un bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Qeyd olunur ki, hazırda tranzitlə Rusiya üzərindən Gürcüstan və Azərbaycanın keçidi ilə Ermənistana 28 000 tondan çox taxıl, 4 000 tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.
Tranzitdən əlavə, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da həyata keçirilir. Hazırda Azərbaycandan Ermənistana 10 000 tondan çox dizel yanacağı, 979 ton AI-92 benzini və 2 955 ton AI-95 benzini ixrac edilib.