Rusiya Ukraynanın enerji sisteminə qarşı genişmiqyaslı hücum həyata keçirir, əhalinin bir hissəsi işıqsız qalıb

13:03, 13.12.2024

Rusiya Ukraynanın enerji sisteminə qarşı genişmiqyaslı hücum həyata keçirir.

Rusiya ordusu Ukrayna istiqamətində raket və pilotsuz təyyarələr buraxıb. Rusiya ordusu hücum üçün “Kinjali”, “Kalibre” və digər qanadlı raketlərdən istifadə edib.

Ternopil vilayətində əhalinin 50 faizi işıqsız qalıb.

Kiyev, İvano-Frankivsk, Xarkov, Xmelnitski, Poltava və Odessa vilayətləri hücumun hədəfinə çevrilib. Səkkiz Tu-95Emes təyyarəsinin iki raket dalğası atdığı iddia edilir.

Ukrayna mətbuatının məlumatına görə, hazırda altı sistem xəttindən üçü işıqsız qalıb. Milli enerji şirkəti “Ukrenerqo” raket hücumu səbəbindən elektrik enerjisinin verilişinin kəsiləcəyini açıqlayıb.

Oxşar