Rusiya Ukraynanın altı bölgəsinin enerji obyektlərinə irimiqyaslı hücumlar həyata keçirdi
Rusiya Ukraynanın altı bölgəsinin enerji obyektlərinə irimiqyaslı hücumlar həyata keçirdi

Rusiya Ukraynanın enerji obyektlərinə irimiqyaslı hücumlar həyata keçirdi.

Yayılmış məlumata əsasən, raket zərbələri nəticəsində altı bölgədə yerləşən enerji obyektlərinə ziyan dəydi. Həmçinin, mülki şəxslər xəsarət aldılar, yaşayış evləri və digər mülki infrastruktura ziyan dəyib.

Hücum nəticəsində Poltava, Kirovoqrad, Zaporojya, Lvov, İvano-Frankivsk və Vinnitsa vilayətlərinə ziyan dəydi.