Rusiya Ukrayna şəhərlərinə hücum həyata keçirib, həlak olan və yaralananlar barədə məlumat yayılır

12:08, 12.09.2026

Rusiya ordusunun Ukrayna şəhərlərinə həyata keçirdiyi miqyaslı hücum mülki əhalidə itkilərə səbəb olub.

Ukrayna mediasına görə, Rusiya ordusu Odessa, Krivoy Roq, Dnepr və Zaporojye şəhərlərinə raket və dronlarla hücum edib.

Hücumlar Krivoy Roq, Zaporojye və Kiyevdə itkilərə səbəb olub. Odessada hücum nəticəsində çoxmərtəbəli yaşayış binasına ziyan dəyib. Həmçinin qaz boru kəmərlərinə ziyan dəyib.

Odessada biri uşaq olmaqla on altı nəfər xəsarət alıb. Krivoy Roq və Dnepr şəhərlərində isə sənaye müəssisələri hücumun hədəfi olub.

Zaporojyedə dronlar yaşayış sahələrində partlayıb, nəticədə fərdi yaşayış evlərinə ziyan dəyib. Kiyev bölgəsində isə ümumilikdə on beş obyekt, o cümlədən yeddi fərdi ev, nəqliyyat vasitəsi, anbarlar və anqarlar, həmçinin elektrik ötürücü xətti zədələnib.

Oxşar