Rusiya-Ukrayna danışıqlarının növbəti raundu onlayn formatda keçirilir
Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar başlayıb. Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
Danışıqların növbəti raundu onlayn formatda keçirilir.
Bununla belə, danışıqlara başlamazdan əvvəl, Mixail Podolyak qeyd edib ki, onların mövqeləri dəyişməzdir – sülh, atəşkəs və rus əsgərlərinin hamısının Ukraynadan çıxarılması.
” Ukraynalılar, sizləri salamlayıram. Bizdə hər şey plana uyğun gedir. Biz Ukraynanı müdafiə edirik. Uşaqlarımızın necə bir Ukraynada yaşadıqlarını başa düşmələri üçün əlimizdən gələni edirik. Bir neçə dəqiqəyə Rusiya nümayəndə heyəti ilə danışıqlar başlayır. Biz onlara başa salmağa çalışacağıq ki, indi müharibənin on doqquzuncu günüdür. Bu, ukraynalıların böyük qəhrəmanlığının on doqquzuncu günüdür. Bizim mövqelərimiz dəyişməzdir – sülh, atəşkəs, bütün rus əsgərlərinin çıxarılması. Yalnız bundan sonra siyasi həlldən danışmaq olar. Ukrayna vətəni qorumaq üçün canlarını qurban verən yüz minlərlə insandır, ona görə də biz qalib gələcəyik, bu barədə şübhəyə düşməyin ” -deyə Mixail Podoliak bildirib.