Rusiya tərəfinin məlumatına görə, Ukrayna silahlı qüvvələrinin Kursk vilayətində keçirdiyi əməliyyat nəticəsində 31 nəfər həlak olub
Rusiya tərəfinin məlumatına görə, Ukrayna silahlı qüvvələrinin Kursk vilayətində keçirdiyi əməliyyat nəticəsində 31 nəfər həlak olub

Ukrayna silahlı qüvvələrinin Kursk vilayətində keçirdiyi əməliyyat nəticəsində 31 nəfər həlak olub. Bu barədə Rusiyanın “Tas” agentliyi tibb xidmətinə istinadən xəbər verir.

Medianın məlumatına görə, 143 nəfər xəsarət alıb, onlardan 4-ü uşaq olmaqla 79-u xəstəxanaya yerləşdirilib.

Ukrayna silahlı qüvvələrinin Kursk vilayətində əməliyyatı avqustun 6-dan davam edir. Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirskinin sözlərinə görə, hazırda Ukrayna hərbçiləri 93 yaşayış məntəqəsinə nəzarət edir.