Rusiya tərəfindən Ukraynaya raket hücumundan sonra Rusiyanın Praqadakı səfirliyinə qırmızı rəngli maye töküblər
Rusiya tərəfindən Ukraynaya raket hücumundan sonra Rusiyanın Praqadakı səfirliyinə qırmızı rəngli maye töküblər

 
Rusiya tərəfindən Ukraynaya raket hücumundan sonra Rusiyanın Praqadakı səfirliyinə qanı təqlid edən qırmızı rəngli maye töküblər. Bu haqda video sosial şəbəkədə yayılır.

Yayılmış videoda kişi və qadının Rusiya səfirliyinin binası yaxınlığında quraşdırılmış stendə qırmızı maye tökdüyü görünür.
Videoda hadisədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarının onların yanına getdiyi görünür.

Məlumat üçün bildirək ki, iyulun 8-də Rusiyanın Ukraynaya raket hücumu nəticəsində təkcə Kiyevdə 27 nəfər həlak olub. Ukrayna miqyasında isə qurbanların sayı 41-ə çatıb.