Rusiya səfiri Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb və etiraz notası təqdim edilib

17:54, 15.01.2025

Rusiyanın səfiri Sergey Kapirkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.

Ermənistan KİV-i Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə əsaslanaraq yuxarıda qeyd olunanlarla bağlı məlumat yayıb.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə,
“Rusiya dövlət telekanalının efirində Ermənistanın suverenliyi və ərazi bütövlüyünə qarşı süni şəkildə yaradılmış rəvayətlərin səsləndirilməsi ilə bağlı səfirə etiraz notası təqdim edilib”.

Oxşar