Rusiya Sankt-Peterburqda həbs edilən Ukrayna konsulunu persona-non-qrata elan etdi və ölkəyi tərk etməsi üçün 22 saat verdi
Rusiya Sankt-Peterburqda həbs edilən Ukrayna konsulu Aleksandr Sosanyuku persona-non-qrata elan etdi və ölkəyi tərk etməsi üçün 22 saat verdi.
Bu haqda məlumatı rus medyası yayır.
Rusiya Federal Təhlükəsizlik Xidməti Sankt-Peterburqda Ukrayna konsulunu bu gün bir neçə saatlığına həbs etmişdi.
Rusiya iqtidarı tərəfindən yayılan bəyanatda deyilir ki, Aleksandr Sosanyuk “Hüquqmühafizə orqanlarından gizli məlumatları oğurlamaqa ittiham edilir”.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, Sosanyuk Rusiya vətəndaşından məlumat aldıqdan sonra bir neçə saatlğına həbs edildi. İdarədə bəyan edirlər ki, konsula qarşı beynəlxalq normalarla nəzərdə tutulan tədbirlər icra ediləcək.
Baş verən fakta Kiyevdən səsləndilər. Ukrayna Xarici İşlər Nazirliyində bəyan edirlər ki, diplomat hazırda Ukraynanın diplomatik nümayəndəliyindədir və baş verən faktın detalları öyrənilir.
Kiyevdə bəyan edirlər ki, “cavab tədbirlərini hazırlayırlar”.