Rusiya Sankt-Peterburqda Almaniyanın Baş Konsulluğunu bağladı
Rusiya Sankt-Peterburqda Almaniyanın Baş Konsulluğunu bağladı. Məlumatı “Reuters” agentliyi yayır. Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, Almaniyanın Sankt-Peterburqdakı konsulluğu fəaliyyətini sentyabrın 18-dək dayandırmalıdır.
Rəsmi Moskva Almaniyanın Höte İnstitutunun mədəniyyət mərkəzinə də Rusiyadakı fəaliyyətini dayandırmağı tapşırıb. Əməkdaşlara sentyabrın 13-dək Rusiyanı tərk etmək barədə göstəriş verilib.
“İkitərəfli münasibətlərdə eskalasiyanın yeni raunduna səbəb olann məhz Almaniya rəhbərliyidir. Nəticələrə görə tam məsuliyyət Almaniya hökumətinin üzərinə düşür”, – Rusiya Xarici İşlər Nazirliyi bildirib.
Məlumat üçün bildirək ki, Almaniya ilə Rusiya arasındakı diplomatik münasibətlər xüsusilə Almaniyanın Rusiyanı Leypsiq və Halle hava limanında dronlarla hücum cəhdində ittiham etməsindən sonra gərginləşib.