Rusiya prezidenti, Valdimir Putin işğal olunmuş Krıma getdi. Rus mediasının yaydığı məlumata görə, Putin iki elektrik stansiyasının açılış mərasimində iştirak etdi. Krıma onunla birlikdə Rusiya baş nazirinin müavini Dimitri Kozak və Energetika naziri Aleksandr Novak getmişdilər.
Vladimir Putinin bəyan etdiyinə görə, “18 mart Krımın və bütün Rusiyanın tarixində diqqətəlayiq gündür”.
Xatırladaq ki, düz beş il bundan əvvəl, martın 18-də, Rusiya prezidenti Krım yarımadasının aneksiyası barəsində sərəncama imza atdı.