Rusiya Parlament seçkilərində səslərin 85 faizinin hesablamasından sonra, hakim partiya qalib gəlir
Səslərin 85 faizinin hesablamasından sonra, Rusiyada Parlament seçkilərində hakim partiya, “Vahid Rusiya” qalib gəlir.
Rusiya mediası ölkənin Mərkəzi Seçki Komissiyasına istinad edərək yazır ki, “Vahid Rusiya” 49.76 fazi toplayıb. İkinci yerdə Kommunista Partiyasıdır 19.61 faizlə, üçüncüdə Vladimir Jirinovskinin partiyasıdır 7.53 faizlə.
Mövcud göstəricilərlə, Rusiya Parlamentinə həmçinin7.34 fazilə “Ədalətli Rusiya – Həqiqət üçün” və 5.31 faizlə “Yeni Xalq” partiyası daxil olur.
Səkkizinci çağırı Dövlət Duması seçkiləri üç gün ərzində 17,18 və 19 sentyabrda keçirilirdi. Aşağı Palata seçkilərinə paralel olaraq, eyni zamanda Rusiya Federasiyasının doqquz rəhbəri üçün birbaşa seçkilər keçirildi və həmçinin 39 bölgə parlamenti seçildi.