Rusiya ordusunun Xarkovu bombalaması nəticəsində yaralananların sayı 56-ya çatıb
Rusiya ordusunun Xarkovu bombalaması nəticəsində yaralananların sayı 56-ya çatıb

Rusiya ordusunun Xarkovu bombalaması nəticəsində yaralananların sayı 56-ya çatıb. Onlardan üçü uşaqdır. Üç nəfər ölüb. Bu barədə Xarkov polisi məlumat yayıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, Rusiya hərbçiləri şəhərin mərkəzi hissəsində yerləşən yaşayış evinə hava bombaları ilə hücum edib.

Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, iyunun əvvəlindən Rusiya qüvvələri Ukraynaya qarşı 2400-dən çox idarə olunan hava bombasından, o cümlədən 700-ə yaxını Xarkova hücum üçün istifadə edib.