Rusiya ordusu tərəfindən Lvov vilayətini bombalaması təlafatla nəticələnib
Rusiya ordusu tərəfindən Ukraynanın Lvov vilayətini bombalaması insan təlafatı ilə nəticələnib. Ukrayna mediası Rusiya hərbçilərinin Lvovda inzibati bina və kritik obyektlərini bombaladığını bildirir.
Ukrayna mediası yazır ki, hazırda xilasedicilər altında insanların ola biləcəyi dağıntıları təmizləyirlər.
Son bir həftə ərzində Rusiya ordusu Lvovdakı eyni kritik əhəmiyyətə malik obyekti üç dəfə qanadlı raketlərlə bombalayıb.
Həmçinin, Rusiya Odessa və Xerson vilayətlərinə genişmiqyaslı birləşmiş hücum həyata keçirdi.
Ukrayna mediası Rusiya ordusunun Odessa vilayətinin enerji infrastrukturunu və Xerson vilayətinin aqrar-sənaye imkanlarını hədəfə aldığını yazır. Rusiya ordusu pilotsuz uçuş aparatlarından, ballistik raketlərdən və taktiki aviasiyadan istifadə edib.
Odessa vilayətində hava hücumundan müdafiə qüvvələrinin intensiv döyüş işi təxmini iki saat davam edib.